“Fatihə” surəsinin təfsiri (On beşinci hissə)

/ Bazar, 20 Dekabr 2020 12:56
“Fatihə” surəsinin təfsiri (On beşinci hissə)

(Əvvəli: https://islam.az/az/zhuran/item/2395-fatihae-suraesinin-taefsiri?fbclid=IwAR1OYw2JifizpJZhboZj4PCpmyZ5rX5C-GBrbASAIJgsetpKZ3HytBU1cV0; islam.az/az/zhuran/item/2360-butoev-zhuran-n-maezhhzi-bu-ayaedae-toplan-bislam.az/az/zhuran/item/2361-bismillah-sanki-allah-n-nishan-d-rislam.az/az/zhuran/item/2362-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2363-fatihae-suraesini-taefsiriislam.az/az/zhuran/item/2380-fatihae-suraesini-taefsiriislam.az/az/zhuran/item/2378-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2382-butun-haemdlaer-allaha-maekhsusdurislam.az/az/zhuran/item/2383-fatihae-suraesinin-taefsirihttp://islam.az/az/zhuran/item/2385-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2389-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2390-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2392-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2393-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2394-fatihae-suraesinin-taefsiri)

Üçüncü ayə: “ər-Rəhmanir-Rəhim”

İslam maarifinin yorulmaz təbliğçilərindən olmuş şəhid Ayətullah Əbdülhüseyn Dəstğeyb Quranın “Hədid” surəsinin təfsirinə aid söylədiyi nitqlərin birində Allah-Taalanın mərəhəməti barədə belə bir hadisəni rəvayət edir: 

Həzrət Mühəmməd Peyğəmbərin (s) dövründə bir ərəb Mədinəyə gəlir. Pey-ğəmbərin hüzuruna əliboş daxil olmaq istə¬mir, amma hədiyyə almağa pulu da olmur. Yolda bir ağacın koğuşunda quş yuvasına gözü sataşır, görür ki, yuvada iki-üç cücə var. Ərəb həmin quş cücələrini də özüylə götürüb yoluna davam edir. Cücələrin anası da səmadan onu təqib etməyə başlayır.

Ərəb Mədinəyə daxil olub, Peyğəmbərin məsciddə olduğunu öyrənir və oraya gəlir. Allahın Rəsulu öz səhabələri ilə söh¬bət edirdi. Ərəb Peyğəmbərin hüzuruna gəlib salam və ehtiramını bildirir, gətirdiyi hədiyyə cücələri o Həzrətin qarşısında yerə qoyur. Bu zaman görüriər ki, ana quş uça-uça yaxınlaşıb, dimdiyindəki yemi balalarının birinə yedizdirdi və yenə uçub getdi. Adətən çöl quşları insandan qorxar və izdihamlı yerə yaxın düşməz. Lakin bu quş öz balalarına duyduğu məhəbbətin tasiri altında canını təhlükə altına atır. Ana öz ölümünə razı olsa da, balalarının ac qalmasına dözə bilmir. Bu hərəkət bir neçə dəfə təkrar olur. Peyğəmbər üzünü səhabələrə tutub soruşur: “Bu ananın öz balalanna məhəbbətini gürdünüzmü? Məni peyğəmbər kimi göndərən Allaha and olsun ki, Allah-Taalanın öz bəndələrinə sevgisi və mərhəməti bundan min dəfə artıqdır” (Şəhid Ayətullah Dəstğeyb. “Qurandan bilgilər”, səh. 94).

Ayələrin ardıcıllığındakı hikmət

Qarşıya belə bir sual çıxa bilər: Allah-Taa¬la “Fatihə” surəsinin ilk ayəsində özünün Rəhman və Rəhim olduğunu bildirdiyi halda, nə səbəbdən yenə bu fikri təkrar etmiş və “ər-Rəhmanir-Rəhim” ayəsini buyurmuşdur? Bu təkrarın səbəbi nədir?

Bu sualın əsil düzgün cavabını yəqin ki, yalnız Allah bilir. Biz öz elmimiz və düşüncəmiz səviyyəsində onun cavabını təxmin edə bilərik. Mümkündür ki, “Rəhman” və “Rəhim” adlarının təkrarlanmasının səbəbi aşağıdakı¬lardan biridir:

1. Allah-Taala öz mərhəmətinin çoxluğunu bildirmək və bəndələri ümidvar etmək məqsədilə bu təkrara yol verir, yəni mərhəmətli olduğunu vurğulayır.

2. “Əl-həmdu lillahi rəbbil-aləmin” ayəsini oxuduqdan sonra bəndə düşünə bilər ki, görəsən, Allah aləmləri necə və hansı meyar əsasında idarə edir? “Ər-Rəhmanir-Rəhim” ayəsi məhz bu suala cavab verir. Allah-Taala kainatın şəriksiz və tamhüquqlu sahibi olduğu halda, öz idarəçiliyində qətiyyən zülm və haqsızlığa, qərəzçiliyə yol vermir; əksinə, sonsuz mərhəmət və lütfkarlığa əsaslanır.

3. Ola bilər ki, Allah-Taala bizə bir əxlaq dərsini öyrətmək istəyir: O, kainat üzərində mütləq və sonsuz hakimiyyətə malik olduğu halda, bəndələrinə qarşı hədsiz dərəcədə və həmişə mehribandır. Hətta Onun varlığını in¬kar edənlərə də dünya həyatında müəyyən nemətlər verir. Elə isə, görün, biz – Allahla müqayisə edilməz dərəcədə az və nisbi hakimiyyət sahibi olan insanlar ətrafımızda olanlara münasibətdə nə qədər mərhəmətli və şəfqətli olmalıyıq? Allah qəhr etməyə tam qüdrətli və ixtiyartı olduğu halda rəhm edir. Bəs biz özü¬müz kimi bəndələrə lazımınca mehribanlıq göstəririkmi? Yəqin ki, hər bir müsəlmanın bu sualla öz vicdanına müraciət etməsi yerinə düşər.

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.