“Fatihə” surəsinin təfsiri (on yeddinci hissə)

/ Çərşənbə, 03 Fevral 2021 13:35
“Fatihə” surəsinin təfsiri (on yeddinci hissə)

(Əvvəli: https://islam.az/az/zhuran/item/7933-fatihe-suresinin-tefsiri-on-alt-nc-hisse; https://islam.az/az/zhuran/item/7864-fatihe-suresinin-tefsiri-on-besinci-hisse;https://islam.az/az/zhuran/item/2395-fatihae-suraesinin-taefsiri?fbclid=IwAR1OYw2JifizpJZhboZj4PCpmyZ5rX5C-GBrbASAIJgsetpKZ3HytBU1cV0;islam.az/az/zhuran/item/2360-butoev-zhuran-n-maezhhzi-bu-ayaedae-toplan-bislam.az/az/zhuran/item/2361-bismillah-sanki-allah-n-nishan-d-rislam.az/az/zhuran/item/2362-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2363-fatihae-suraesini-taefsiriislam.az/az/zhuran/item/2380-fatihae-suraesini-taefsiriislam.az/az/zhuran/item/2378-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2382-butun-haemdlaer-allaha-maekhsusdurislam.az/az/zhuran/item/2383-fatihae-suraesinin-taefsiri; http://islam.az/az/zhuran/item/2385-fatihae-suraesinin-taefsiri islam.az/az/zhuran/item/2389-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2390-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2392-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2393-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2394-fatihae-suraesinin-taefsiri))

4-cü ayə: “Maliki youmiddin”

Niyə insan tam mülkiyyət sahibi deyil?

Bəşəriyyətin sahib olduğu mülkiyyət və hökmranlığın xarakteri ilə tanış olduqda, onun qeyri-tam və nisbi olduğu bütün dolğunluğu ilə aşkara çıxır.

Əvvəla, hər bir insan özü Allahın mülkü¬dür. Özündən daha ucada duran bir Zatın mülkü olan varlıq necə məhdudiyyətsiz mülk sahibi ola bilər?

İkincisi, insana mülkiyyəti Allah verir. Deməli, etibari də olsa, mülk sa¬hibi olmaq üçün Allahın icazəsi lazım¬dır.

Üçüncüsü, insan öz əlində olan mülkiyyə¬ti qoruyub saxlamaq üçün daim tədbir görməli, təlaş keçirməli, onun mülkünə təcavüz edənlə¬rə qarşı ayıq-sayıq olmalı və mübarizə aparma¬lıdır.

Dördüncüsü, mülkiyyəti özündə saxlamaq yalnız insandan asılı deyil. Allah istədiyi zaman mülkiyyəti insandan ala bilər.

Beşincisi, insan öz mülki ilə etdiyi rəftara görə Allah qarşısında cavabdehdir. Hökmdar öz rəiyyətinə, bağban öhdəsində olan ağaclara, kəndli malik olduğu ev heyvanlarına qarşı zülm¬lə davranarsa, qiyamətdə Allahın əzabına dü¬çar olacaqdır.

Yuxarıda sadalananlar və daha neçə-neçə başqa şərtlər insanın mülkiyyətini məhdudlaş¬dırır və Allahla müqayisədə insanın necə cılız və möhtac olduğunu göstərir. Bəli, yalnız Allah bütün şərtlərin fövqündə durur. O, Özü heç ki¬min mülki deyildir, mülkiyyəti əldə etmək və saxlamaq üçün heç kimə ehtiyacı yoxdur, heç kim onu mülkündən məhrum edə bilməz və Allah heç kimin qarşısında hesabat daşımır.

İmam Əlidən (ə) rəvayət edilən “Kumeyl duası”ndakı “Sənin hökmündən qaçmağa heç kimin imkanı yoxdur”cümləsi də ilahi mülkiyyə¬tin mütləqliyini ifadə edir.

Diqqət yetirməli məsələ

Hakimiyyət və mülkiyyətin Allaha məxsus olduğunu söyləyərkən ifrata varmaq olmaz. Bu məsələdə ifratçılıq son mənada anarxizmə gə¬tirib-çıxarar. İmam Əlinin (ə) dövründə müsəl¬manların bir hissəsi (bunlara “xaricilər” deyilir) dünyəvi hakimiyyəti tamamilə inkar edə¬rək, imama tabe olmaqdan boyun qaçır¬dılar və “əl-hökmu lillah” (“Hökm Allaha məxsusdur”) şüarını irəli sürdülər. Onlar hər növ mülkiyyət və tabeçiliyi rədd edir, yer üzündə anarxizmi yaymaq istəyirdilər.

Unutmaq olmaz ki, Allah müt¬ləq malik və hakim olsa da, insanlara etibari mülkiyyəti halal bilmişdir (bu mülkiyyətdən ilahi qanunları pozmadan istifadə etmək şərti ilə). Asayişin, əmin-amanlığın qo¬runması naminə insanların bir qismi digər qis¬minə tabe olmalıdır. Hakim təbəqənin bir qis¬mini hakimiyyətə Allah-Taala özü təyin edir (peyğəmbərlər və imamlar bu təbəqəyə aiddir¬lər). Daha məhdud hakimiyyətə malik şəxsləri isə sıravi insanlar şura əsasında seçməlidirlər (bu təbəqəyə isə dövlət başçıları, vilayət və şə¬hər hakimləri, idarə və təşkilat rəhbərləri aiddir¬lər). Təsəvvür edin, əgər hər hansı təşkilatda inzibati idarəçilik strukturu pozulsa, hansı fəsadlar törəyər?

Əlbəttə unutmaq olmaz ki, Allah tərəfindən bilavasitə hakimiyyətə təyin edilmiş peyğəm¬bərlər və imamlar məsum olduqlarından, idarə¬çilikdə heç bir günaha və səhvə yol vermirlər. Şura əsasında seçilən hakimlərin hökuməti isə ədalətə riayət etdikləri təqdirdə qanunidir.

“Əl-həmdu lillahi Rəbbil-aləmin" ayəsinin təf¬sirində qeyd etdik ki, hər insan öz-özlüyündə bir aləmdir. İnsanın ruhu bu aləmi idarə edir. Deməli, insan öz aləminin maliki və sultanıdır. Bu mülkiyyəti ona Allah vermişdir və istədiyi zaman ondan almağa qadirdir. Buna görə də insan özündən də Allahın istədiyi şəkildə istifa¬də etməyə borcludur. Öz qüvvəsini Allahın bə¬yəndiyi işlərə sərf etməyən insan Allahın ona verdiyi etibari mülkü qəsb etmiş kimi sayılır. Göz ona görə verilib ki, halal buyurulanlara baxsın, xeyirli işlərin icrasına kömək etsin. Qu¬laq halal söhbətləri eşitmək, dil doğru və la¬zımlı sözlər danışmaq, haqq-ədaləti müdafiə etmək, Allahı zikr etmək üçün bəxş olunub. Hər kim bunları harama, yalana, qeybətə yönəltsə, Allahın mülkünə xəyanət etmişdir.

Bütün insanlar Allahın həqiqi mülküdür. İs¬lam dinində intihar etmək (özünü öldürmək) başqasını öldürmək kimidir. Allahın icazəsi ol¬madan Onun mülkünü məhv etmək böyük gü¬nahdır. Bizə verilmiş hər şey (öz həyatımız da daxil olmaqla) Allahın əmanətidir, biz bu əma¬nəti necə qoruduğumuza görə cavabdehlik da¬şıyırıq və qiyamətdə hesabat verəcəyik: “Hamı¬mız Allahınıq və ona doğru qayıdacağıq” (Bə¬qərə. 156).

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.