“Fatihə” surəsinin təfsiri (on səkkizinci hissə)

/ Şənbə, 13 Fevral 2021 12:44
“Fatihə” surəsinin təfsiri (on səkkizinci hissə)

(Əvvəli: https://islam.az/az/zhuran/item/8317-fatihe-suresinin-tefsiri-on-yeddinci-hisse; https://islam.az/az/zhuran/item/7933-fatihe-suresinin-tefsiri-on-alt-nc-hisse; https://islam.az/az/zhuran/item/7864-fatihe-suresinin-tefsiri-on-besinci-hisse;https://islam.az/az/zhuran/item/2395-fatihae-suraesinin-taefsiri?fbclid=IwAR1OYw2JifizpJZhboZj4PCpmyZ5rX5C-GBrbASAIJgsetpKZ3HytBU1cV0;islam.az/az/zhuran/item/2360-butoev-zhuran-n-maezhhzi-bu-ayaedae-toplan-bislam.az/az/zhuran/item/2361-bismillah-sanki-allah-n-nishan-d-rislam.az/az/zhuran/item/2362-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2363-fatihae-suraesini-taefsiriislam.az/az/zhuran/item/2380-fatihae-suraesini-taefsiriislam.az/az/zhuran/item/2378-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2382-butun-haemdlaer-allaha-maekhsusdurislam.az/az/zhuran/item/2383-fatihae-suraesinin-taefsiri; http://islam.az/az/zhuran/item/2385-fatihae-suraesinin-taefsiri islam.az/az/zhuran/item/2389-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2390-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2392-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2393-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2394-fatihae-suraesinin-taefsiri)

4-cü ayə: “Maliki youmiddin”

Malik yoxsa məlik?

Qurani-Kərimin qiraətində özünəməxsus üslubu olmuş və qiraət məktəbi yaratmış 10 məşhur qaredən üçü - Asim ibn Əbin-Nəcud Kufi (vəf. 127/128 hicri), Əbül Həsən Kisai Kufi (vəf. 179 və ya 189 hicri) və Yaqub ibn İshaq Bəsri (vəf. 205 hicri) bu kəlməni “malik” kimi oxumuşlar. Sair qarelərin usIubunda isə bu kəl¬mə “məlik” olaraq oxunur (İbn Ğəlbun. Kitab əl-təzkirə fi-l-qiraat, səh. 85). Bu gün də qiraət məktəbləri arasında həmin fərq qalmaqdadır. Həmin fərqin lüğəti yaxud fəlsəfi mənasını axtarmağa o qədər də ehtiyac yoxdur. Daha düzgün olan fikir budur ki, qiraətlər arasındakı fərq yalnız tarixi ənənə¬yə əsaslanır, yəni hər qiraət məktəbi Həzrət Peyğəmbərin (s) bu kəlməni məhz bu şəkildə oxuduğunu əldə əsas tutur.

Son oniliklərdə “Fatihə” surəsinə yazılmış ən dərin təfsirlərdən birinin müəllifi mərhum Ayətullahül-üzma Seyyid Əbülqasim Xoyi məhz bu fikri müdafiə edirdi ki, “malik” və “məlik” sözlərinin bir-birindən üstünlüyü barədə lüğət alim¬lərinin apardığı mübahisələr tamamilə yersiz¬dir. (Qeyd edək ki, Seyyid Xoyi böyük mərceyi-təqlid olmaqla yanaşı, fiqhdən əlavə digər dini elmlərdə də dərin bilik sahibi idi. Onun rical mövzusunda araşdırmaları xüsusilə dəyərlidir. Mərhum alim Qurani-Kərimə təfsir yazmağa başlamış, lakin naməlum səbəb üzündən bu iş yarımçıəq qalmışdır. Seyyid Xoyinin təfsiri müxtəlif mövzuları əhatə edən və dərin araşdırmaların məhsulu olan mükəmməl müqəddimədən və yalnız “Fatihə” surəsinin təfsirindən ibarətdir. Ərəb dilində yazılmış kitab müxtəlif dillərə, o cümlədən, azərbaycan dilinə tərcümə və çap olunmuşdur).

Lakin keçmiş dövrlərdə bu mövzunun çox əhatəli şəkildə işıqlandırıldığını nəzərə alaraq, qısaca da olsa ona toxunmağı lazım bilirik.

“Malik” və “məlik” sözləri arasında ciddi fərq olduğunu iddia edənlərin əsas dəlilləri bun¬lardan ibarətdir:

a) Bəzi alimlər ayədəki kəlməni “malik” ki¬mi oxumağı düzgün sayaraq iddia etmişlər ki, “malik” kəlməsi “məlik”dən daha üstün, daha əhatəli və Allaha daha artıq layiqdir. Çünki ma¬likdə iki xüsusiyyət olur: o, həm mülkiyyət sahi¬bidir, həm də onun başqalari üzərində ixtiyar və hökmranlığı vardır. Başqa sözlə desək, maliklik həm nəyinsə sahibi olmaq, həm də vəzifə və məqam deməkdir. Amma “məlik” sözü bu mə¬nalardan yalnız birini ifadə edir. Məlik başqaları üzərində hökmran məqamına çatan bir şəxsdir. O, mülkiyyət sahibi ola da bilər, olmaya da bilər. Məlik məqamında olan şəxsin mülkiyyət sahibi olması şərt deyil.

Söylədiklərimizdən bu nəticəni alırıq ki, bu nəzəriyyə sahiblərinin fikrincə, hər bir malik həm də məlikdir, amma hər bir məlik malik de¬yil. Deməli “malik” kəlməsi daha əhatəli və bö¬yükdür.

b) Alimlərin bir hissəsi isə, ayədəki kəlmə¬ni “məlik” kimi oxumağı daha düzgün saymış¬lar. Onların fikrincə, ərəb dilində zaman bildirən izafət tərkiblərində “malik” kəlməsinin işlənmə¬si düzgün deyil. Zamanla bağlı olan izafətlərdə “məlik” sözündən istifadə olunur. Məsələn, “məlik əl-əsr” (əsrin, zəmanənin hökmdarı), “müluk əl-əsar əl-mütəqəddimə" (keçmiş dövrlərin hökmdarları). “Youmud-din” ifadəsi də zamanı bildirdiyi üçün (tərcüməsi “hesab günü” demək¬dir), ondan əvvəlki kəlmə “məlik” kimi oxunma¬lıdır. Belə izafətlərdə “malik” sözü işlənə bil¬məz, çünki heç kim zamanın sahibi adlandırıla bilməz.

Mərhum Ayətullah Xoyi “əl-Bəyan” əsərində bu nəzəriyyələri sadaladıqdan sonra onlarla razılaşmadığını bildirir və Alla¬ha münasibətdə onların doğru ol¬madığını göstərir. Çünki “malik” və “məlik” sözləri arasında yuxa¬rıda iddia olunan fərq etibari mülkiyyətə aiddir. Dünya həyatın¬da bəzən insan hökmdar məqamına yüksəlsə də, mülkiyyət sahibi olmaya bi¬lər. Halbuki, Allahın mülkiyyəti mütləqdir, bütün nöqsanlardan uzaqdır. Allah varlıq aləminin hökmdarıdırsa, deməli, varlıq aləmi bütünlükdə Onun mülküdür. Və əksinə, əgər hər şey Allahın mülküdürsə, demək, Allah ehtiyacsız və şəriksiz hökmdardır. Allahın bu sifətlərdən birinə malik olub digərlərindən məhrum olduğunu təsəvvür etmək qeyri-mümkündür.

Həmçinin, zamanın maliki adlana bilməmək xü¬susiyyəti də Allaha aid oluna bilməz. Allah hər şeyin xaliqi, rəbbi və sahibidir. Zaman da Onun məxluqudur və Onun hökmündədir. Deməli, Allahı qiyamət günü¬nün sahibi adlandırmaq qətiyyən səhv deyildir. Belə¬liklə, Ayətullah Xoyi ayəni “məlik” ya “malik” kəlməsi ilə oxumağın heç bir etiqadı və lüğəti mahiyyət daşı-madığını və hər iki qiraətin eyni etibar gücünə malik olduğunu, qiraətlərdən hər hansı birini batıl saymağın qeyri-düzgünlüyünü bəyan etmişdir. (Bax: Ayətullah əl-üzma Xoyinin “Əl-Bəyan” təfsiri, “Fatihə” bölümü).

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.