“Fatihə” surəsinin təfsiri (on doqquzuncu hissə)

/ Şənbə, 20 Fevral 2021 14:58
“Fatihə” surəsinin təfsiri (on doqquzuncu hissə)

(Əvvəli: https://islam.az/az/zhuran/item/8401-fatihe-suresinin-tefsiri-on-sekkizinci-hisse; https://islam.az/az/zhuran/item/8317-fatihe-suresinin-tefsiri-on-yeddinci-hisse;https://islam.az/az/zhuran/item/7933-fatihe-suresinin-tefsiri-on-alt-nc-hisse; https://islam.az/az/zhuran/item/7864-fatihe-suresinin-tefsiri-on-besinci-hisse;https://islam.az/az/zhuran/item/2395-fatihae-suraesinin-taefsiri?fbclid=IwAR1OYw2JifizpJZhboZj4PCpmyZ5rX5C-GBrbASAIJgsetpKZ3HytBU1cV0;islam.az/az/zhuran/item/2360-butoev-zhuran-n-maezhhzi-bu-ayaedae-toplan-bislam.az/az/zhuran/item/2361-bismillah-sanki-allah-n-nishan-d-rislam.az/az/zhuran/item/2362-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2363-fatihae-suraesini-taefsiriislam.az/az/zhuran/item/2380-fatihae-suraesini-taefsiriislam.az/az/zhuran/item/2378-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2382-butun-haemdlaer-allaha-maekhsusdurislam.az/az/zhuran/item/2383-fatihae-suraesinin-taefsiri; http://islam.az/az/zhuran/item/2385-fatihae-suraesinin-taefsiri islam.az/az/zhuran/item/2389-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2390-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2392-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2393-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2394-fatihae-suraesinin-taefsiri)

4-cü ayə: “Maliki youmiddin”

Hesab günü

“Din” sözü bir neçə mənaya malikdir. Qurani-Kərimdə bu söz əsasən üç mənada işlənmişdir:

a) İlahi qanunlar məcmuəsi, şəriət. “Al¬lah yanında din, əlbəttə, İslamdır” (Ali-İm¬ran, 19). “Müşriklərin xoşuna gəlməsə də, (İslamı) bütün dinlərin fövqündə göstərmək üçün öz Peyğəmbərini doğru yol¬la və haqq dinlə göndərən odur” (Tövbə, 33). “Din” sözünün ürfi mənası, yəni əlavə qeyd olmadan xalq içində anlaşılan izahı budur.

b) Əməl və itaət. “Bil ki, xalis din (yəni sırf itaət, təmiz itaət) ancaq Allaha məxsus¬dur” (Zümər, 3).

v) Sorğu-sual və əvəz. Təfsir olunan ayə¬də “din” sözü məhz bu mənada işlənmişdir (Möhsin Qiraəti. Təfsiri-nur, 1-ci cild, səh. 22)

Rağib İsfahani də “Müfrədat” əsərində “din” kəlməsi üçün ibadət, əvəz və şəriət mənalarını qeyd etmişdir (1- ci cild, səh. 699, “din” kəlməsi).

İslam müqəddəslərinin hədisləri də “Fatihə” surəsində “din” kəlməsinin məhz hesab mənasını bildirdiyini təsdiq edir. İmam Mühəmməd Baqir (ə) “din” sözünü “hesab, sorğu-sual” kimi təfsir etmiş, İmam Cəfər Sadiq (ə) “youmid-din” ifadəsinə “youm əl-hesab” kimi şərh vermişdir (Həvizi Şirazi. Nur əl-səqəleyn, 1-ci cild, səh. 19, hədis 75 və 77).

Bəzi alimlər ayədəki “din” kəlməsini məhz dini qanunlar məcmuəsi mənasında götürərək onunla qiyamət günü arasında əlaqə qurmağa çalışmışar. Onların bir qisminin fikrincə, qiyamətə ona görə “youmiddin” deyirlər ki, həmin gün əməllərə məhz dini qanun-qaydalar əsasında əvəz veriləcək. Alimlərin bir hissəsi isə iddia edir ki, qiyamət günündə insana din¬dən başqa heç nə fayda verməyəcəyinə görə, Allah həmin günü “youmid-din” ad¬landırmışdır (Nur əl-səqəleyn, 1-ci cild, 19-cu səhifənin ətək yazısı).

Müasir alimlərin bəziləri isə “din” kəl¬məsinin kökünü qədim fars, sanskrit, akkad, ibrani və arami dillərində axtarırlar (professor A.M.Şüştəri. Quran kəlmələri¬nin kamil lüğəti, səh. 184).

Qurani-Kərimin mətnində “youmid-din” ifadəsi 13 dəfə təkrar olunur. Bu ayələrin hamısında qiyamət gününə işarə edilmişdir. Məsələn, İblis Həzrət Adəmə (ə) səcdə etməkdən boyun qaçırandan sonra Allah-Taala ona xitabən buyurur: “Sən youmid-dinə qədər lənətlənmiş¬sən!” (Hicri, 35 və Sad, 78). Digər bir ayədə Allah-Taala behiştə aparılacaq şəxslərin xüsusiyyətini belə təsvir edir: “O kəslər ki, youmid-dini təsdiq edərlər” (Məaric, 26). Əksinə, cəhənnəmə düşəcək adam¬lar isə böyük cəza gününü dananlardır: “O kəslər ki, youmid-dini yalan sayarlar” (Mütəffifin, 11). Belə şəxslər qiyamətdə Allahın hökmü ilə dirilib məhşərə gətiriləndə dəhşət içində söyləyəcəklər: “Vay halımıza! Bu (bizim inanmadığımız) youmid-dindir!” (Saffat, 20). Ayələrin birində axirət aləmini və qiyamə¬ti təkzib edənlərin barəsində oxuyuruq: “Onlar səndən youmid-dinin nə vaxt ola¬cağını soruşarlar” (Zariyat, 12).

Quranın “Müddəssir” adlı surəsində qiyamət gününün səhnələrindən biri ob-razlı dillə təsvir olunur. Həmin gün insanların məhkəməsi başa çatdıqdan sonra cənnətə layiq görülənlər cəhənnəm əhlindən soruşacaqlar: “Siz nəyə görə cə-hənnəmə salındınız?” Cəhənnəm əhli öz aqibətlərinin səbəbini belə izah edəcək-lər: “Biz namaz qılanlardan deyildik, yox¬sulları yedirtməzdik. Batil əhlinə qoşulub ömrümüzü hədər yerə keçirərdik. Ölüm bizi haqlayana qədər youmid-dini yalan sayardıq”. Bu mükalimədən sonra Allah buyurur: “Şəfaət edənlərin şəfaəti onlara fayda verməz” (Müddəssir, 40-48).

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.