Elşad Mirinin natamamlıq kompleksi və ya tövbə ərəfəsində

/ Четверг, 12 сентября 2019 13:50
Elşad Mirinin natamamlıq kompleksi və ya tövbə ərəfəsində

Əkrəm Həsənov “fırtınası” təzəcə sakitləşmişdi ki, onun digər bənzəri – Elşad Miri həmişəki ampluasına sadiq qalaraq meydana atıldı. Dedi ki, “Kiminsə özünü “hacı”, “kərbəlayi”, “məşədi” adlandırması natamamlıq kompleksinin nəticəsidir”. Göründüyü kimi, bu dəfə əslində özünün əziyyət çəkdiyi mərəzi başqalarında axtarmağa başlayıb.

Neofreydizmin nümayəndələrindən biri, tanınmış avstriyalı həkim və psixoterapevt, fərdi psixologiyanın yaradıcısı Alfred Adler hesab edirdi ki, uşaqlar zamanında natamamlıq kompleksindən müalicə olunmasalar, bu, böyüdükdə nevroza gətirib çıxara bilər. Bəzən isə natamamlıq kompleksi üstünlük kompleksində təzahür edir – lovğalıqda və təkəbbürdə. Lap, Elşad Miridəki kimi. Baxır ki, hamı nə isə deyir, yazır, yaradır. Bunun qabı isə boşdur. Küsür həyatdan, dünyadan, taleyindən, bəlkə də Allahdan. Nə etsin bəs? Nə etsin ki, bundan da danışsınlar? Ən yaxşı vasitə dəfələrlə sınaqdan çıxartdığı üsuldur: avantüra! Qatıq qaradır, gecə işıqlıdır, soyuq istidir, bal acıdır, balıq uçur, tısbağa əslində yaquardan sürətlidir və s. və i.a. Nə çox belə mövzu? Sağ olsun bəzi saytlar da, hərdən əlindən tutub çıxarırlar ön cərgəyə, bəs, ilahiyyatçı gəlib, mövqe bildirəcək, hər yeri və hər şeyi aydınladacaq. Bəlkə elə biz də bu işdə günah payı düşür. Hər belə sayıqlamaya cavab verməyinə bəlkə heç dəyməz də? Necə deyərlər, onun istədiyi yar idi, yetirdi pərvərdigar.

Hə, E.Miri həm də iddia edib ki, Quranda “Hacı” sözü olmadığı üçün, həccə gedənlərə də hacı demək olmaz, bu bidət və günahdır.

Ona Qurandan bir ayə xatırladaq:

“Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz?” (Tövbə, 19).

“İlahiyyatçı”nın Quran oxumasını şübhə altına almaq istəməzdik. Əlbət oxuyub. Oxuyub, amma hələ “Tövbə” surəsinə çatmayıb. Ona görə belə danışır. Ümid edək ki, inşallah “Tövbə” surəsinə çatan kimi tövbə edəcək.

Комментарии (0)

Здесь не опубликовано еще ни одного комментария

Оставьте свой комментарий

  1. Опубликовать комментарий как Гость.
0 Значки
Вложения (0 / 3)
Поделитесь своим местоположением

Please publish modules in offcanvas position.