Ateist düşüncəsində olan bir insan Allahı, dini dəyərləri təhqir etsə, dindar şəxs onu cəzalandırmalıdırmı?

/ Понедельник, 10 августа 2020 11:04
Ateist düşüncəsində olan bir insan Allahı, dini dəyərləri təhqir etsə, dindar şəxs onu cəzalandırmalıdırmı?

Oxucu sual verir: Ateist düşüncəsində olan bir insan Allahı, müqəddəs şəxsləri, dini dəyərləri təhqir etsə, dindar şəxs onu cəzalandırmalıdırmı?

Allahı qəbul etməmək, dinin inancları, müqəddəs şəxsləri təhqir etmək həm insanın özünə qarşı (özünün ilahi missiyasına qarşı) zülmdür, həm də böyük günahdır. Bu düşüncədə olan və dinə qarşı təhqiramiz hərəkətlərə yol verən şəxs Allah qarşısında böyük günah etmiş sayılır, həm bu dünyada, həm də axirətdə ilahi cəzaya layiq görülür. Hətta şəriətin hakim olduğu ölkələrdə belə, bu cür şəxslərə özbaşına cəza verilə bilməz, hər kəsin günahı və cinayəti qanunlar çərçivəsində sübuta yetməli və qanunlar çərçivəsində ona cəza kəsilərək icra olunmalıdır. Bunu özbaşına şəkildə etmək özü günahdır. Dünyəvi dövlətlərdə dinsiz şəxsi özbaşına mühakimə etmək və cəzalandırmaq cinayət sayılır. Hər kəs öz yaşadığı ölkənin qanunlarına mütləq riayət etməli, xaos və qanunsuzluq yaratmamalıdır. Ateist düşüncəsində olan insanı nəsihət ilə islah etmək mümkündürsə, buna cəhd etmək lazımdır. Əgər bunun faydası olmasa, dindar şəxslərin ondan uzaq durmaları, onunla təmasdan çəkinmələri məsləhətdir. Belə şəxslərin fəaliyyəti dini mühitdə gərginliyə və qarşıdurmaya səbəb olursa, aidiyyatlı şikayət etmək lazımdır.

Комментарии (0)

Здесь не опубликовано еще ни одного комментария

Оставьте свой комментарий

  1. Опубликовать комментарий как Гость.
0 Значки
Вложения (0 / 3)
Поделитесь своим местоположением

Please publish modules in offcanvas position.