Üzük hansı barmağa taxılmalıdır və hansı üzüklərin taxılması savabdır?

/ Суббота, 22 августа 2020 11:29
Üzük hansı barmağa taxılmalıdır və hansı üzüklərin taxılması savabdır?

Oxucu sual verir: Üzük hansı barmağa taxılmalıdır və hansı üzüklərin taxılması savabdır?

Hər şeydən əvvəl bunu qeyd edək ki, şəriətimizə görə, kişinin qızıl üzük taxması icazəli deyil (qadınlar üçün bu qadağa yoxdur). Dəmir üzük taxmaq bəyənilmir. Kişilər üçün ən yaxşısı gümüş üzük sayılır. Üzüyü sağ əlin çeçələ (lap kiçik) və ya adsız (onun yanındakı) barmağına taxmaq müstəhəbdir. Əqiq, firuzə, yaqut kimi daşları olan üzük taxmaq savaba malikdir. Xüsusilə, namaz qılan zaman barmaqda əqiq qaşlı gümüş üzüyün olması müstəhəb sayılır. İmam Sadiq (ə) buyurub: “Allah dua zamanı dərgahına o əlin qaldırılmasını xoşlayır ki, barmağında əqiq qaşlı üzük olsun”. Məsumlarımız da əqiq və firuzə qaşlı gümüş üzüklərə üstünlük verirdilər. Qaşı büllurdan (xrustaldan, xüsusilə, dürri-Nəcəf), zümrüddən, xrizolit və topazdan olan üzüklərı taxmaq da xoş qarşılanır.

Комментарии (0)

Здесь не опубликовано еще ни одного комментария

Оставьте свой комментарий

  1. Опубликовать комментарий как Гость.
0 Значки
Вложения (0 / 3)
Поделитесь своим местоположением

Please publish modules in offcanvas position.