Ruhanilər, "ruhanilər" və ruhlar...

/ Понедельник, 07 сентября 2020 15:23
Ruhanilər, "ruhanilər" və ruhlar...

Azərbaycan hələ müstəqil olmamışdan da əvvəl, "perestroyka" dövründən başlamış dini köklərə qayıdış prosesini izləyirik. Hansı çətinliklərdən, maneələrdən, ittihamlardan, anlaşılmazlıqlardan, ehtiyaclardan keçdiyini də görmüşük. 

Təəssüf edirik... Ona görə ki, hazırda dini mühitdə çox təhlükəli bir tendensiya yaranıb. Heç kimi ittiham etmək niyyətimiz olmasa da, dini mühit şərti olaraq iki qütbə ayrılır. 

Bir var ilk illərdən dini mühitin içində olan, dindarların ən az və zəif  olan vaxtında dini bilikləri öyrənmək və öyrətmək üçün bütün gücünü qoyan, həyatını buna həsr edən, minlərlə insanı mənəvi həyata istiqamətləndirən, kitablar yazan, toplantılar keçirən, icmalar, təşkilatlar yaradan, ictimai iş aparıb dindarları müdafiə edən, onlara arxa duran, ictimai rəyi formalaşdıran, reallığı başa düşən və ona uyğun işini quran, zərərli təsirləri zəiflətməyə çalışan və s. dini baxımdan faydalı iş görənlər, hansılar ki, əvvəl də, indi də ulduz kimi parlayıb yol göstəriblər.. Bütün çatışmazlıq və səhvləri ilə. Zatən səhvsiz heç kim yoxdur məsumlardan başqa. Bütün çətinlik və təzyiqlər altında. Zatən din həmişə çətinliklər içində yaşamalı olub.

1111 

Bir də var bütün xidməti yalnız hamını tənqid və ittiham etmək (və ya təhqir), yalnız özünü haqq bilib hamını xəyanətdə suçlamaq olan, illər sərf edib dərs oxusa da ordan yalnız təkfir və nifaqda ittiham etməyi öyrənən və tətbiq edənlər, hansılar ki, heç bir faydalı iş ortaya çıxara bilməyib özlərini "böyük islam siyasətçisi", "mücahid", "etirazçı" sayırlar. Hansıların ki mənəviyyat, iman, əxlaq haqqında bir sözünü xatirlamaq mümkün deyil. Çünki, bütün sözləri nifaq, tənqid, ittihamdır. Ya xaricdə oturub kiminsə təlimatı ilə bunu özləri edirlər, ya da başqa adlar altında gizlənib anonim yazırlar. Təhqir və ittiham etdiklərinə bunu üzbəüz deyəcək qədər cəsarətləri də yoxdu, amma başqalarını cəsarətsizlikdə ittiham edirlər. Çünki, haqsız olduqlarını, nə qədər alçaq iş gördüklərini özləri də anlayır. Narkomanlar kimi. Ümid edirik ki, anlayırlar. Çünki, anlamırsa, artıq onlara ümid yoxdu. Şəxsiyyət itib, parçalanıb.. 

1212

Bu iki qütbdən əlavə dindarlar arasında təbəqələr də var. Onlar qütb deyil, ona görə əvvəldə yazmadıq. Bunların birincisi həqiqəti anlayıb, birinci qütbün hansı çətinliklərlə iş gördüyünü başa düşüb,  normal insan olaraq, onlara minnətdar olan, bütün təhqirlərə və şərə baxmayaraq onların yanında qalanlar.

İkincilər, güzgüdə özünü şir görən pişiklər. Özü həyatda heç bir etiraza cürət etməyib, din xadimləri haqda yayılan "cəsarətsiz" ittihamına bərkdən "əhsən" deyənlər. 

Üçüncülər də var. Bunlar da ortalıqda qalanlardır. Nə təhqir olunan din xadimlərini müdafiə etməyə cəsarətləri çatır, nə də ittihamları bölüşürlər.  Elə qalıblar ortalıqda... 

Amma neçə qütb, neçə təbəqə olmasından asılı olmayaraq bir şey gün kimi aydındı. Azərbaycanda bu gün din adına bir şey varsa, namaz qılan, Quran oxuyan, məscidə gələn, dini yaşayan, yaşadan, təbliğ edən varsa, hamısı o birinci qütbün hesabınadı, onların zəhməti ilədi, onların çətinliklər, məhrumiyyətlər içində dini qoruyub saxlama və gənc nəslə ötürməsi sayəsindədi. 

Azərbaycanda isə din var. Məscid, namaz qılan, Quran oxuyan, dini yaşayan var, maşAllah çoxdu və maşAllah artır. Statistik rəqəmlər verməyəcəyik, amma kifayət qədər çoxdu. Və bu kontingentin yaranmasında o ikinci qütbün heç bir rolu yoxdu...

 P.S. Anlaşılmazlıq olduğu üçün yazının ilkin variantında dəyişiklik edilib. Qeyd edək ki, məqsədimiz kimi isə təhqir etmək olmayıb.

Комментарии (0)

Здесь не опубликовано еще ни одного комментария

Оставьте свой комментарий

  1. Опубликовать комментарий как Гость.
0 Значки
Вложения (0 / 3)
Поделитесь своим местоположением

Please publish modules in offcanvas position.