Sübh namazı ilə Günəşin çıxması arasındakı vaxtda yatmaq niyə bəyənilmir?

/ Среда, 23 сентября 2020 10:48
Sübh namazı ilə Günəşin çıxması arasındakı vaxtda yatmaq niyə bəyənilmir?

Oxucu sual verir: Sübh namazı ilə Günəşin çıxması arasındakı vaxtda yatmaq niyə bəyənilmir?

Sübh azanı ilə Günəşin çıxması arasındakı vaxt ərzində yatmağın niyə bəyənilmədiyini dəqiq söyləmək çətindir. Hədislərdə buyurulub ki, bu zaman ərzində yatmaq insanın ruzisini azaldar, əksinə, həmin vaxt oyaq qalmaq isə ruzini artırar. Ehtimal etmək olar ki, səbəbi budur: adətən, səhərlər yuxudan tez duran insanlar gün ərzində gümrah olur, əmək fəaliyyətinə tez başlayırlar. Bu da onlara imkan verir ki, daha çox qazanc əldə etsinlər və ruzilərini artırsınlar. Xalq içində də belə bir deyim var ki, səhərlər yuxudan tez qalxan adam uduzmaz. Başqa bir səbəb bu ola bilər ki, sübh namazından sonra dualar tez qəbul olduğu üçün, bu zaman fasiləsində yatmayan və ardıcıl dua edən adamın ruzisi artar. Çünki insanların dualarında ruzi istəyi adətən çox səslənir.

Комментарии (0)

Здесь не опубликовано еще ни одного комментария

Оставьте свой комментарий

  1. Опубликовать комментарий как Гость.
0 Значки
Вложения (0 / 3)
Поделитесь своим местоположением

Please publish modules in offcanvas position.