Azərbaycan Respublikasının Ermənistan tərəfindən zəbt edilən əraziləri azad edilməlidir – Ayətullah Xamenei

/ Вторник, 03 ноября 2020 12:17
Azərbaycan Respublikasının Ermənistan tərəfindən zəbt edilən əraziləri azad edilməlidir – Ayətullah Xamenei

“İranın iki qonşusu arasında baş verən döyüşlər təhlükə yaradır və tez bir zaman ərzində bitməlidir. Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir. Azərbaycan Respublikası bu məsələdə haqlıdır.”

SalamNews xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövludu ilə bağlı çıxışında deyib.

Ayətullah Xamenei çıxışının bir hissəsini Qarabağda gedən döyüşlərə həsr edərək, Ermənistan tərəfindən zəbt edilmiş ərazilərin azad edilməsinin zəruri olduğunu, Azərbaycanın bu məsələdə beynəlxalq qanunlar baxımından haqlı olduğunu deyib.

Ayətullah Xamenei həmçinin bildirib ki, bu müharibə region üçün o cümlədən İran üçün təhlükə yaradır və tez bir zaman ərzində bitməlidir.

Onun sözlərinə görə, münaqişə ocağına terrorçuların cəlb edilməsilə bağlı etibarlı mənbələrdən məlumatlar var və bu terrorçular İran sərhədlərindən uzaq saxlanılmalıdır.

Ayətullah Xameneinin vurğulayıb ki, müharibə tərəfləri beynəlxalq sərhədlərin toxunulmazlığını təmin etməlidirlər.

Комментарии (0)

Здесь не опубликовано еще ни одного комментария

Оставьте свой комментарий

  1. Опубликовать комментарий как Гость.
0 Значки
Вложения (0 / 3)
Поделитесь своим местоположением

Please publish modules in offcanvas position.