Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.
Bu barədə AZƏRTAC məlumat yayıb.
İlham Əliyev və Mehriban Əliyeva səfər çərçivəsində həmin ərazilərdə yaşayan sakinlərlə görüşüblər, eyni zamanda, uzun illərin həsrət körpüsü Xudafərinə yollanıblar.