Adına xüsusi müstəhəb namaz olan Cəfəri-təyyar kimdir?

/ Пятница, 18 декабря 2020 11:18
Adına xüsusi müstəhəb namaz olan Cəfəri-təyyar kimdir?

Oxucu sual verir: Adına xüsusi müstəhəb namaz olan Cəfəri-təyyar kimdir?

Cəfər-təyyar Həzrət Mühəmməd Peyğəmbərin (s) əmisi Əbu Talibin oğlu və İmam Əlinin (ə) böyük qardaşıdır. O, Allaha ilk iman gətirmiş və İslam dinini qəbul etmiş şəxslərdən idi, bir dəstə müsəlmanla birlikdə Həbəşistana (Efiopiyaya) hicrət etmişdi. Həbəşistanda bir neçə il qaldıqdan sonra Mədinəyə qayıtmışdı. Peyğəmbər (s) Cəfərin zəhmətinin əvəzi olaraq, ona xüsusi qayda ilə qılınan müstəhəb namazı öyrətmişdi. Ümumilikdə 4 rükətdən ibarət olan, 300 dəfə təsbihati-ərbəənin oxunduğu bu namaz günahların bağışlanması, çətinliklərin həll olması və istəklərin həyata keçməsi üçün faydalıdır. Cəfər ibn Əbutalib hicri 8-ci (miladi 629-cu) ildə Bizans ordusu ilə döyüşdə müsəlmanların sərkərdəsi kimi savaşaraq şəhid oldu. Onun qollarını kəsərək öldürmüşdülər. Peyğəmbərimiz (s) buna işarə edərək buyurmuşdu ki, Allah-təala Cəfərin kəsilmiş qollarının əvəzində ona iki qanad verdi; o, indi həmin qanadlarla behişt səmasında pərvaz edir. Peyğəmbərin (s) bu hədisinə müvafiq olaraq, o gündən Cəfəri “təyyar” (uçan) ləqəbi ilə xatırlamağa başladılar.

Комментарии (0)

Здесь не опубликовано еще ни одного комментария

Оставьте свой комментарий

  1. Опубликовать комментарий как Гость.
0 Значки
Вложения (0 / 3)
Поделитесь своим местоположением

Please publish modules in offcanvas position.

/html>