Həzrət Musa Peyğəmbərə (ə) verilmiş “Kəlimullah” ləqəbinin mənası nədir?

/ Пятница, 25 декабря 2020 11:39
Həzrət Musa Peyğəmbərə (ə) verilmiş “Kəlimullah” ləqəbinin mənası nədir?

Oxucu sual verir: Həzrət Musa Peyğəmbərə (ə) verilmiş “Kəlimullah” ləqəbinin mənası nədir?

“Kəlimullah” ərəb dilindən tərcümədə “Allahın danışdığı şəxs” mənasını verir və Həzrət Musa Peyğəmbərin (ə) ləqəbi kimi işlədilir. Ümumiyyətlə, Allah-Taala öz peyğəmbəri ilə adətən, üç formada rabitə saxlamışdır: ilham (qəlbə endirilən fikir), hər hansı əşya vasitəsilə və vəhy mələyi (Cəbrail) vasitəsilə. Musa Peyğəmbərin (ə) Allahla danışması ikinci formada olmuşdur. Həzrət Musa (ə) Mədyən diyarından ailəsi ilə birlikdə Misrə dönərkən, yolda qaranlıq, qor¬xu və aclıq onları əldən salır. Bu zaman Musa (ə) uzaqda işıq görür. Ora çatdıqda işıq içində olan (yanan) ağacla qarşılaşır. Ağacdan gələn səs Musaya (ə) xəbər verir ki, o, Allahın əmri ilə peyğəmbər seçilmişdir (Taha, 10-14).

Qurani-Kərimin daha bir neçə ayəsində də Allah-Taalanın Həzrət Musa Peyğəmbər (ə) ilə danışdığı bəyan edilir. Belə ayələrin birində buyurulur: “Və Allah Musa ilə sözlə danışdı” (Nisa, 164). Təfsirçilər bu ayədəki “təklima” (sözlə) ifadəsini “arada heç bir başqa vasitə olmadan” şəklində izah etmişlər. Mümkündür ki, Allahla Həzrət Musanın (ə) rabitəsi digər peyğəmbərlərdə rast gəlinməyən formada baş vermiş, buna görə də o həzrətə “Kəlimullah” ləqəbi verilmişdir.

Комментарии (0)

Здесь не опубликовано еще ни одного комментария

Оставьте свой комментарий

  1. Опубликовать комментарий как Гость.
0 Значки
Вложения (0 / 3)
Поделитесь своим местоположением

Please publish modules in offcanvas position.