Myanmanın devrilmiş prezidenti naməlum istiqamətə aparılıb

/ Суббота, 06 февраля 2021 11:16
Myanmanın devrilmiş prezidenti naməlum istiqamətə aparılıb

Çevriliş zamanı hərbçilər tərəfindən həbs olunan Myanma prezidenti Vin Myin prezident sarayından başqa bir binaya aparılıb, devrilmiş dövlət başçısının harada olduğu məlum deyil.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Demokratiya Uğrunda Milli Liqası” (NLD) Partiyasının ictimaiyyətlə əlaqələr komitəsinin rəhbəri U Çji To bəyan edib.

“Prezident və ailəsi prezident iqamətgahından başqa bir evə köçürülüb”, - deyə o, “Facebook” hesabında yazıb.

Başqa bir paylaşımında o, dövlət müşaviri və xarici işlər naziri vəzifəsini tutan, ölkənin “Demokratiya Uğrunda Milli Liqası” (NLD) Partiyasının rəhbəri Aun San Su Cjinin sağ olduğunu və hələ də paytaxt Neypidodakı iqamətgahında ev həbsində olduğunu açıqlayıb.

Комментарии (0)

Здесь не опубликовано еще ни одного комментария

Оставьте свой комментарий

  1. Опубликовать комментарий как Гость.
0 Значки
Вложения (0 / 3)
Поделитесь своим местоположением

Please publish modules in offcanvas position.