Əbd Mübarək Məkkəyə ziyarətə yola düşəcəyi günlərin birində yuxuda görür ki, Cənnətdədir və iki mələyin söhbətini eşidır. Mələklərdən biri o birindən soruşur: — Bu il müqqədəs şəhərə neçə ziyarətçi gəlmişdi? İkinci mələk cavab verir: — Builki ziyarətçilərin sayı altı yüz min nəfər idi. Birinci mələk: — Bəs onlardan neçəsinin ziyarəti qəbul olundu? İkinci mələk: — Heç birinin. Amma Bağdadda Əli Müfiq adlı bir çəkməçi ziyarətə gələ bilməsə də onun ziyarəti qəbul olundu. Onun qazandığı savab altı yüz min ziyarəçinin arasında bölüşdürüldü. Əbd Mübarək yuxudan durub çəkməçi Əli Müfiqin yanına yollanır, yuxusunu ona danışır. Əli Müfiq göz yaşı içində deyir: — Çox çətinliklə, çox qurbanlar bahasına 350 qara qəpik toplamışdım. Məkkəyə yola düşməyə hazır idim ki, qonşularımın ac olduğunu gördüm. Topladığım qəpiklərimi qonşularım arasında bölüşdürdüm, Məkkəyə ziyarətə getməkdən vaz keçdim…. Ona görə də Allaha Xoş olan, aci doyuzdur, kimsəsizə dəstək ol, ehtiyacliya ehtiyacin ödə əgər artıq varindisa paylaşmağı bacar… Və gör Allah… NECƏ QƏBUL EDİR…. Bu insanları Həcc ziyarətindən yayındırmaq üçün uydurulan bir şeydir? Əbd Mübarək kimdir ümumiyyətlə?
Aleykumussalam.
Bəli bu həcc əleyhinə aparılan təbliğatdir. Birincisi islam şəriətində həcc insana vacib olur, fəqirə əl tutmaq isə müstəhəbdir. Müstəhəb vacibdən önə kecə bilməz. İkincisi yuxu höccət deyil, yuxu ilə məsələ həll olmur. Və nəhayət fəqirə yetişmək məsələsinə gəldikdə nədənsə hacıların həcci yada düşür. Müstəhəb həcc barəsində desələr,yenə haradasa razılaşmaq olar.
Allah sizə yar olsun