İslam suallarda

Niyə insanlar dua və şükür zamanı əllərini səmaya qaldırır və bəzən səmaya baxırlar? Bu, Allah üçün məkan qərar vermək sayılmırmı və günah deyilmi?

Oxucu sual verir

Allah cisim deyil, Onun ölçüləri yoxdur, deməli, məkansızdır. Allah məkanı və zamanı Özü yaradıb, bütün maddi varlıqları məkan və zaman məhdudiyyətinə tabe edib. Onun Özü isə zamanın və məkanın fövqündə durur. Allah konkret olaraq heç yerdə deyil, bununla belə, hər yerdədir. O, bütün varlıq aləmini əhatə edib: “Şərq də, Qərb də Allahındır. Hansı tərəfə yönəlsəniz (üz tutsanız), Allah oradadır” (Bəqərə, 115).
Belə bir sual yaranır: əgər Allah məkansızdırsa, niyə insanlar çox vaxt Allahı səmada təsəvvür edirlər, dua edəndə əllərini yuxarı qaldırırlar? Bu hərəkətlər insandakı qeyri-iradi instinktiv düşüncədən irəli gəlir. Bəşər təfəkküründə yuxarı həmişə hakimiyyət, güc və əzəmət məkanı kimi qəbul edilir. Əksinə, aşağı – rəzalətin, zəifliyin, tabeçiliyin məkanı kimi qavranılır. Ona görə də, insan Allahı özündən yüksək¬də (həm mənəvi, həm də maddi mənada) “görür”. Dua edən zaman əlləri səmaya qaldırmaq, səmaya baxmaq qətiyyən günah deyil. Bəzən insanlar öz dini biliklərinin azlığı üzündən “göydəki Allaha and olsun” kimi ifadələr işlədirlər. Bu sözü küfr kimi qəbul etmək düzgün deyil, həmin şəxsə yumşaq dillə, anlaşıqlı şəkildə səhv etdiyini başa salmaq lazımdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button