Mötəziliyyə VIII əsrin əvvəllərində yaranmış ideoloji cərəyandır. Bu cərəyanın meydana çıxması görkəmli alim Vasil ibn Ətanın adı ilə bağlıdır. Vasil öz müəllimi Həsən Bəsridən ayrılaraq yeni dərs məclisi təşkil etdiyi üçün Həsən Bəsri onu və ardıcıllarını “mötəzililər” (ay¬rılıb gedənlər) adlandırmışdı. Zaman keçdikcə mötəzililər gücləndilər, hətta bəzi Abbasi xəlifələri də onların təsiri altına düşmüşdülər. Təqribən iki əsrlik çiçəklənmə mərhələsindən sonra mötəziliyyə cərəyanı əks mövqedə duran əşərilərin (başçısı Əbülhəsən Əşəri olmuşdur) təzyiqi altında süqut etdi. Hal-hazırda mötəziliyyə əqidəsi müsəlmanlar arasında demək olar ki, yayılmamışdır.
Mötəzililərin bəzi özünəməxsus fikirləri olmuşdur ki, bunların ən əsasları aşağıdakılardır. Mötəzililər insanın mütləq iradə azadlığına inanırdılar. Onların əqidəsincə insan yalnız öz ağlına arxalanaraq yaxşı ilə pisi fərqlən¬dirə bilər, bunun üşün şəriət göstərişləri me¬yar deyildir. Mötəzililərin əqidəsi bu idi ki, Quran öz-özlüyündə ecaza (bənzərsizliyə) sahib deyildir; sadəcə olaraq, Allah insanları ona bərabər kəlam yaratmaqdan aciz qoymuşdur və s.
Şərhlər