İslam suallarda

Eyni hədis “Bihar əl-ənvar” kitabının bir nəşrində bir cild və səhifədə mövcud olsa da, digər nəşrin başqa cildində, amma eyni səhifədə mövcuddur. Bunun səbəbi nədir?

Oxucu sual verir

XVII əsrdə Əllamə Məclisi tərəfindən tərtib edilmiş “Bihar əl-ənvar” hədis məcmuəsi XIX əsrin sonlarında 25 böyük və qalın cild halında daşbasma üsulu ilə çap olunmuşdur. Mətbəə çap üsulu inkişaf etdikdən sonra kitab yeni üslubda nəşr edildi, böyük cildlərin hərəsi bir neçə hissəyə bölündü. Beləliklə, “Bihar əl-ənvar” məcmuəsu 110 cild həcmində əvvəlcə İranda, daha sonra Livanda (Beyrutda) çapa verildi, onların da üzündən ofset üsulu ilə təkrar nəşrlər oldu. Bu nəşrlərin müxtəlif cildlərinin sıra sayında fərqlər mövcuddur. Belə ki, hər hansı hədis bir nəşrin müəyyən cildində və səhifəsində yer tutsa da, digər nəşrdə eyni hədisi başqa cildin içində, amma eyni səhifədə tapmaq olur. Yəni bu cildlərin möhtəviyyatı eyni, amma sıra sayları fərqlidir. Səbəb budur ki, “Bihar əl-ənvar”da Peyğəmbərin (s) vəfatından sonra baş vermiş hadisələrlə bağlı, bəzi səhabələrin üvanına sərt tənqid olan çoxlu hədis mövcuddur. Öz dövrünün böyük müctəhidi olmuş mərhum Ayətullah Birucerdi şiə və sünni məzhəbləri arasında düşmənçilik yaranmaması üçün bu cildlərin nəşrini qadağan etmişdi. Sonrakı dövrlərdə kitabın bəzi nəşrlərində həmin cildlər yenə çap edildi. Eləcə də, “Bihar əl-ənvar”ın ortalarında yer tutan mündəricat cildlərinin bəzi nəşrlərdə kitabın axırına köçürülməsi cild fərqlərinə gətirib-çıxarmışdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button