İslam suallarda

“Danışan Quran” kimə deyilir?

Oxucu sual verir

Məlum olduğu kimi Qurani-Kərim səssiz, danışmayan bir kitabdır. Lakin bu kitabın bütün hökmlərini, möhtəviyyatını özündə gəzdirən şəxslər vardır. İslam mənbələrində 14 məsum “danışan Quran” adlandırılır. Çünki onlar Quranı canlı olaraq yaşamış, onu öz əxlaqlarında və davranışlarında təzahür etdirmişlər. Dini mətnlərdə daha çox Həzrət İmam Əli ibn Əbutalib (ə) bu ləqəblə xatırlanır. Peyğəmbərin (s) məşhur hədisinə görə, Əhli-beytlə Quran bir-birindən ayrılmazdır (səqəleyn hədisi). Başqa hədisə görə “Əli Quranla birgə, Quran da Əli ilə birgədir”. İmam Əli (ə) Peyğəmbərdən (s) sonrakı həssas dönəmlərdə Quran hökmlərinin təhrif olunmasına imkan verməmiş, Müqəddəs Kitabın ayələrinin həqiq mənalarını müsəlmanlara çatdırmışdı. Ondan sonra digər məsum imamlar bu missiyanı həyata keçirdilər. İmam Əlinin (ə) “danışan Quran” (Qurani-natiq) adlandırılmasına klassik Azərbaycan ədəbiyyatı nümunələrində də rast gəlirik.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button