İslam suallarda

Cənazə namazı qılınanda cənazə ilə namaz qılanlar eyni səviyyə hündürlüyündə olmalıdırlar? Əgər cənazəni səkinin və ya mizin üstünə qoysalar, qılınan namaz düzgündürmü?

Oxucu sual verir

İslam şəriətinə görə, dünyasını dəyişmiş müsəlmanla bağlı bəzi əməllərin yerinə yetirilməsi müstəhəbbi (bəyənilən) olsa da, bir neçə əməlin icrası vacibdir. Bu əməllər icra olunmadan müsəlman cənazəsini dəfn etmək icazəli deyil. Bunlara aşağıdakı əməllər daxildir: cənazəyə şəriətdə göstərilmiş şəkildə qüsl vermək, kəfənə tutmaq, hənut qoymaq, cənazə namazı qılmaq və üzü qibləyə, sağ çiyni üzərində dəfn etmək. Cənazə namazının qılınmasının geniş və qısa qaydaları şəriət kitablarında (risalələrdə) ətraflı izah edilib. Şərtlərdən biri budur ki, cənazə ilə cənazəyə namaz qılan şəxs məkan baxımından bir-birindən çox hündürdə və ya alçaqda olmamalıdır. Əgər arada kiçik səviyyə fərqi olsa, eybi yoxdur. Amma cənazəni yerə qoyub, namazı hündür səkinin üstündə duraraq qılmaq düzgün deyil. Eləcə də, cənazəni hündür yerə qoyub, namazı ondan aşağıda duraraq qılmaq da yanlışdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button