İslam suallarda

Bəzi tarixi mənbələrdə rast gəldiyimiz “cəlali təqvim” nə deməkdir?

Oxucu sual verir

Bu təqvimi Şərq dünyasında öz rübailəri ilə tanınmış məşhur şair Ömər Xəyyam (1048-1131) yaratmışdır. Ömər Xəyyamhəm də bacarıqlı astronom idi, İsfahanda, səlcüq sultanı Cəlaləddin Məlikşahın zamanında saray rəsədxanasına rəhbərlik etdirdi. Elə onun yaratdığı təqvim də sultanın şərəfinə “cəlali” adlandırılıb. Cəlali təqvimi o zamanlar Avropada tətbiq edilən Yulian təqvimindən və hazırda miladi təqvim adı ilə istifadə etdiyimiz Qriqorian təqvimindən daha dəqiqdir. Cəlali təqvimində yaz gecə-gündüz bərabərliyi günü, yəni Novruz bayramı günü ilin başlanğıcı kimi qəbul edilirdi. Burada hər 33 ildən 25-i normal, 8-i uzun sayılırdı, ayın günlərinin sayı isə 29-dan 32-yə kimi dəyişirdi. Cəlali təqviminin bəzi xüsusiyyətləri müasir İranda istifadə edilən hicri-şəmsi təqvimdə də nəzərə alınıb.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button