İslam suallarda

Azan verilə-verilə namaza başlamaq olarmı?

Oxucu sual verir

Azan namazların vaxtını bildirmək üçün verilən bir işarə və müsəlmanları namaza dəvət etmək üçün çağırışdır. Müstəhəbdir ki, hər kəs namazını yalnız camaatla deyil, hətta təklikdə qılanda da əvvəlcə azan və iqamə söyləsin. Azan verilən zaman sakitcə dinləmək, danışmamaq və azanın sözlərini astadan təkrar etmək də savabdır. Çünki azanın sözləri insanın dini inanclara sədaqətini göstərir və bu cümlələri təkrar etdikcə insan öz imanına Allah qarşısında bir daha şahidlik edir. Amma azan verilə-verilə namaza başlamaq da icazəlidir. Burada şərt ondan ibarətdir ki, insan namaz vaxtının daxil olduğunu dəqiq bilsin. Əgər azanın dəqiq namaz vaxtının başlanğıcında yaxud ondan bir qədər gec verildiyini bilirsə, azan başladığı anda və ya azan qurtarmamış namaza başlamaq olar. Əgər insanın təcili işi varsa və namazı tez qılıb bitirmək istəyirsə, bu cür edə bilər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button