DünyaXəbərlər

Pravoslav keşiş İslamı qəbul etdi, piyada Həcc ziyarətinə yollandı

Rusiyanın Ryazan vilayətindəki kilsələrin birində keşiş kimi xidmət göstərən şəxs İslamı qəbul edib və özünə Səid-Muhəmməd adını seçib.

Bu barədə bloger Rəsul Tavdiryakov məlumat paylaşıb.

Onun sözlərinə görə, keşişin haqq yoluna gəlməsinə bir rus qızının duası vəsilə olub. Belə ki, bu qız müsəlmana ərə gedərək İslamı qəbul edib. Bundan sonra kənd əhli ona düşməncəsinə yanaşmağa başlayıb. Günlərin birində isə ona dükandan mal satmağa imtina ediblər və ünvanına hədyanlar səsləndiriblər. Təsadüfən dükana daxil olan keşiş buna etiraz edib, qızın da Tanrı bəndəsi olmasını söyləyərək təhqirlərin qarşını alıb. Onun təkidi ilə yeni İslama gələn qıza ərzaq satılıb. Dükanda çıxarkən isə qız keşişə “Allah Sizi hidayət etsin” deyib.

Bu sözlər keşişə çox təsir edib və o, İslamı öyrənməyə başlayıb. Bir müddətdən sonra isə o da müsəlmanlardan olub.

Bu hadisədən sonra Səid-Muhəmməd piyada Həcc ziyarətinə getmək qərarına gəlib. Hazırda yeni müsəlman Dağıstan ərazisindədir.

Mənbə: islamnews.ru

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button