Kateqoriyasız

Oruclu şəxsin hovuzda yuyunması icazəlidirmi?

Oxucu sual verir

Oruclu şəxsin yuyunması, çimməsi, qüsl alması qadağan deyil. Bu şərtlə ki, ağız, burun və qulaqdan bədənə su keçməsin. Duşun altında yuyunmaq, bədənə qab ilə su tökmək bura aiddir. Lakin hovuzda yuyunmaqla bağlı bir istisna vardır. Bu da ondan ibarətdir ki, din alimlərinin çoxusunun fikrincə, oruclu halda başı suya tam şəkildə batırmaq orucu batil edər. İstər bədən çöldə qalmaqla təkcə baş suyun içinə batırılsın, istərsə də insan bütünlükdə suyun içinə dalsın. Bu zaman ağız, burun və qulaqdan bədənə su keçib-keçməməsinin fərqi yoxdur. Lakin müasir müctəhidlərdən bir qismi, o cümlədən, Ayətullah Sistani başı tamamilə suya batırmağı orucu pozan səbəb kimi görmürlər. Ayətullah Sistaninin fətvasına görə, suya baş vurmaq orucu pozmaz, amma bu iş çox məkruhdur (bəyənilməzdir).

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button