İslam dünyasıXəbərlər

Bu gün və sabah ehtimal edilən növbəti Qədr gecəsidir

Əhli-sünnə nəzərinə əsasən, Qədr gecəsinin ən çox mübarək Ramazan ayının 26-dan 27-nə keçən gecəyə təsadüf etməsi ehtimal edilir.

Xatırladaq ki, bu il dünyada müsəlmanlar fərqli günlərdə oruca başlayıblar. Belə ki, bir çox Körfəz ölkələri və Türkiyədə Ramazan ayının aprelin 2-dən başlanılmasına dair fətva verildisə, Oman, İndoneziya, Malayziya, Hindistan, Pakistan, Bruney, Mərakeş, Şimali Afrikanın bəzi dövlətlərində yaşayan müsəlmanlar üçün Ramazan ayı bir gün sonra, aprelin 3-də başladı. Elə bu səbəbdən də bəzi ölkələrdə əhli-sünnə müsəlmanları Qədr gecəsini bu gün, yəni aprelin 28-nə keçən gecə, bəziləri isə sabah, aprelin 29-na keçən gecə qeyd edəcəklər.

Həm bu gün, həm də sabah Qədr gecəsini qeyd edən müsəlmanların Allah ibadətlərini qəbul etsin!

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button