İslam dünyasıXəbərlər

Ankarada İƏT-in 1-ci Müsəlman Diaspor Forumu keçirilir

Ankarada İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin 1-ci Müsəlman Diaspor Forumu keçirilir. Sentyabrın 8–9-da keçirilən forumun əsas mövzusu “Köklərdən yollara” (“From Roots to Routes”) həsr olunub.

Qeyd edək ki, forum İƏT-in Ankarada yerləşən qurumu – İslam Ölkələri üçün Statistika, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Türkiyənin Xarici İşlər Nazirliyi və Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları üzrə Rəyasət Heyəti (YTB) ilə əməkdaşlığı çərçivəsində baş tutub.

Forumun əsas məqsədi diaspor siyasəti və təşəbbüsləri üzrə təcrübə mübadiləsini təşviq etmək, İƏT üzv dövlətlərinin diaspor institutları arasında əməkdaşlığı gücləndirmək və müsəlman diasporlarının potensialından daha səmərəli istifadə imkanlarını müzakirə etməkdir.

Daha çox göstər
Back to top button