İslam dünyasıXəbərlər

Fransada vandallar iki məscidi hədəfə aldılar

Fransanın cənubunda yerləşən Eks-an-Provans şəhərində vandallar iki məscidi hədəf seçiblər.

Yerli “La Provence” qəzetinin verdiyi xəbərə görə, onlar ibadət ocaqlarının divarlarına “İslam öldürür” və “İslam, rədd ol Avropadan” kimi anti-İslam şüarlar yazıblar.

Prokurorluq araşdırmalara başlasa da, hələlik heç kim şübhəli şəxs qismində olsa belə saxlanılmayıb.

Maraqlıdır ki, baş verən hadisənin şahidləri, eyni zamanda müşahidə kameralarının görüntüləri yoxdur.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button