İslam dünyasıXəbərlər

Robotlar zəvvarların xidmətində

Məkkədəki Məscidül-Həramda zəvvarlara konsultasiya verən robotlar 11 dildə xidmət göstərir: ərəb, ingilis, fransız, türk, rus, fars, malay, urdu, çin, benqal, hausa.

Robotlar zəvvarlara ümrə əməllərini yerinə yetirməyə yardım edir, fətvalar dərc edir, sualları cavablandırır və insanlara müxtəlif alimlərin on-line görüşlərini təşkil edirlər.

4 təkərlə təchiz edilən robotlar intellektual dayanma sisteminə malikdirlər, bu səbəbdən də asan və rəvan hərəkət edirlər.

Qurğular Wi-Fi naqilsiz şəbəkə sistemində çalışırlar, bu isə öz növbəsində məlumatların sürətli ötürülməsini təmin edir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button