Təsbeh namazı nədir və necə qılınır?
Əsasən əhli-sünnə məzhəbinə aid mənbələrdə qeyd edilib ki, Həzrət Mühəmməd Peyğəmbər (s) öz əmisi Abbasa günahlarının bağışlanması üçün təsbeh namazını qılmağı tapşırmışdır. Hədisə görə, hər kəsin imkan daxilində gündə bir dəfə, mümkün olmasa hər cümə günü, olmasa ayda, bu da mümkün olmasa ildə, ya da heç olmasa bütün ömrü boyunca bir dəfə bu namazı qılması böyük savaba malikdir.
Təsbeh namazı 4 rükətdən ibarətdir və hər rükətində bu zikr 75 dəfə təkrar edilir: “Sübhanallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər” (buna dini mənbələrdə təsbihati-ərbəə, yəni dörd təsbih də deyirlər). Belə ki, birinci rükətdə qiraətdən sonra 15 dəfə, rükuda zikrdən sonra 10 dəfə, rükudan qalxdıqdan sonra 10 dəfə, birinci və ikinci səcdələrdə zikrdən sonra 10 dəfə, səcdələr arasındakı oturuşda 10 dəfə, ikinci səcdədən sonrakı oturuşda da 10 dəfə həmin təsbeh oxunur. Namazın növbəti rükətləri də bu qayda ilə qılınır. Beləliklə, 4 rükətdə cəmi 300 dəfə təsbeh təkrar edilir.