İslam dünyasıXəbərlər

Səudiyyədə ilk: aviaşirkət yalnız qadınlardan ibarət ekipajla reys gerçəkləşdirdi

Səudiyyə Ərəbistanının “Flyadel” aviaşirkəti ölkə aviasiyası tarixində ilk dəfə tamamilə qadınlardan ibarət ekipajla uçuşu həyata keçirib.

SİLAM.AZ xəbər verir ki, 7 qadından ibarət ekipaj “Airbus-320” təyyarəsində Ər-Riyad – Ciddə marşrutu ilə daxili reysi uğurla reallaşdırıb.

Baş pilotun yardımçısı olan 23 yaşlı Yara Yan ekipajın ən gənc üzvüdür.

Xatırladaq ki, cəmi bir neçə il öncə Səudiyyə Ərəbistanında qadınlara nəinki təyyarə, hətta avtomobili idarə etməyə icazə verilmirdi.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button