İslam dünyasıXəbərlər
İraqlı gənc Quran surələrini düyü dənəciklərinə yazır
Gənc iraqlı kalliqraf Qasım Məhəmməd Rza düyü dənəcikləri üzərində yazılar yazır və şəkillər çəkir.
İSLAM.AZ xəbər verir ki, 25 yaşlı Rza Bağdadda yaşayır və kiçik dükanında müştərilərin sifarişlərini düyü dənəciklərinin üzərinə həkk edir.
O bildirib ki, sözügedən sənətlə 2009-cu ildən hobbi kimi məşğul olmağa başlayıb, 2017-ci ildən isə artıq peşə kimi özünə seçib.
Rzanın sözlərinə görə, o, bir düyü dənəciyinin üzərində 10 söz yazmağa qadirdir.
“Mən “İxlas” surəsini bütövlüklə bir düyü dənəciyinin üzərinə həkk etmişəm. Həmçinin Allahın adlarını mərci dənələrinə yazmışam”, – gənc müsəlman deyib.