İslam dünyasıXəbərlər

Bişkekin Mərkəzi məscidi söküləcək

Bişkekdə Moskva və Qoqol küçələrinin kəsişməsində yerləşən Mərkəzi məscidin sökülməsinə dair qərar qəbul edilib.

İSLAM.AZ xəbər verir ki, bu barədə Qırğızıstan Müsəlmanlarının Dini İdarəsinin mətbuat xidmətindən bildiriblər.
Sökülən məscidin yerində sponsorların hesabına 10 min nəfər tutumu olan yeni ibadət ocağının inşası planlaşdırılır.

Hazırkı Mərkəzi məscidi 1995 ildə tikilib. Müftilikdən deyilənə görə, artıq məscidin damı köhnəlib, həmçinin cümə günləri namaza gələnlərin çox sayda olması bu ərazidə avtomobil tıxaclarına səbəb olur. Eyni zamanda cümə namazlarında çox sayda insanın məsciddən kənarda qalması vurğulanır.

Qeyd edilir ki, yeni məsciddə avtomobillər üçün yeraltı dayanacaq nəzərdə tutulacaq.

Bildirilir ki, sözügedən məscidin yanında 1944-cü ildə inşa edilən daha bir məscid mövcuddur. Onu da muzey etmək istəyirlər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button