Dünyanın ən nüfuzlu təhsil müəssisələrindən biri olan Harvard Hüquq Məktəbi Quran ayəsini ədalətin ən ali təzahürü kimi dəyərləndirib.
İSLAM.AZ xəbər verir ki, təhsil müəssisəsi bu mövzuda mövqeyini MÜqəddəs Kitabdan misraları kitabxanasının girişində həkk etməklə ortaya qoyub.
Fakültənin əsas girişinə baxan divarda “Nisa” surəsinin 135-ci ayəsi yazılıb: “Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.”
Qeyd edək ki, məktəbin İslam hüququ proqramında da bəzi vacib məsələlər öz əksini tapmışdır.