DünyaXəbərlər

Kanadada ilk: bu addım islamofobiyanın qarşısını alacaqmı?

Cəmiyyətdə hər hansısa dözüzmsüzlük işartıları ilə barışmayacağını bəyan edən Kanada hökuməti yeni dövlət məmuru vəzifəsi yaradıb – islamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndə.

İSLAM.AZ xəbər verir ki, hazırda namizədlərin seçimi gedir. Sözügedən addım isə ötən il iyunun 6-da baş verən faciənin ildönümünə təsadüf edir: o zaman 20 yaşlı millətçi mikroavtobusu bilərəkdən 5 nəfərdən ibarət müsəlman ailəsinin üzərinə sürmüşdü. Nəticədə 4 nəfər həlak olmuş, yalnız 9 yaşlı uşaq sağ qalmışdı.

Yeni vəzifə müsəlman Əhməd Hüseynin rəhbərlik etdiyi Yaşayış tikintisi, müxtəliflik və ölkənin inklüzivliyi nazirliyi nəzdində yaradılıb.

Nazir bəyan edib ki, islamofobiya Kanada cəmiyyətinin gerçəkliyidir və onun təzahüründən çox sayda ölkə vətəndaşı əziyyət çəkir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button