Malayziya dini atributların reklamda istifadəsini qadağan edəcək
Malayziya hökuməti dini atributların reklamda istifadəsinin qarşısını alacaq yeni etik kodeks tətbiq etmək niyyətindədir.
İSLAM.AZ-ın verdiyi xəbərə görə, kod Malayziyanın Əlaqələr və Multimedia üzrə Komissiyası tərəfindən buraxılacaq.
Malayziyanın Kommunikasiyalar və Multimedia Kontenti üzrə Forumunun icraçı direktoru Vediha Mahbudun sözlərinə əsasən, 2022-ci il kontentinin Kodeksi reklam verənlərin və məhsul sahiblərinin müştərilərin cəlb edilməsi naminə dini elementlərdən istifadə etməmələri üçün işlənib hazırlanıb.
Məsələn, iddia olunduğu kimi Quran duaları oxunan və xəstəliklərdən şəfa verməyə qadir olan məhsullar, həmçinin dəstəmaz üçün yararlı kosmetik vasitələr satıcıdan bu iddiaların ətraflı izahatını və sübutların təqdim olunmasını tələb edir.
Mediha qeyd edib ki, qadağa yalnız İslam deyil, bütün dini cərəyanların elementlərindən istifadəyə şamil olunur ki, dindən marketinq vasitəsi kimi istifadə edilməsin.