İslam dünyasıXəbərlər
Sosial şəbəkələrdə Peyğəmbərin (s) geniş təbliğat kampaniyasına start verildi
Sosial şəbəkələrdə Məhəmməd Peyğəmbərin (s) bəşərə sülh və sevgi çağırışını vurğulayan geniş kampaniyaya start verilib.
İSLAM.AZ xəbər verir ki, belə bir təşəbbüslə “Müsəlman ağsaqqallar şurası” adlanan müstəqil beynəlxalq təşkilat çıxış edib.
Kampaniya müxtəlif dillərdə və bütün platformalarda #Prophet_of_Humanity həştəqi ilə keçiriləcək. Tədbirin əsas məqsədi İslam haqqında bütün yalan məlumatlara cavab verməkdir.
Kampaniya həmçinin Peyğəmbərin (s) əxlaq nümunələrini və davranışlarını işıqlandıracaq. Bunu dünyanın tanınmış ilahiyyatçıları həyata keçirəcəklər.