İslam dünyasıXəbərlər

“Zara”nın reklamı müsəlmanları hiddətləndirdi

Türkiyə sakinləri İspaniyanın “Zara” ticarət şəbəkəsinin yeni reklam fotolarından narazıdırlar.

İSLAM.AZ xəbər verir ki, şəkillər inanclıların qəzəbinə səbəb olub. Belə ki, ispan brendinin reklam kampaniyasında çörəkdən ayaqqabı altlığı kimi istifadə olunması müsəlmanların hisslərinə toxunub.

Artıq “Twitter” sosial şəbəkəsində #zarahaddinibil həştəqi ilə geniş etiraz kampaniyası vüsət almaqdadır. İstifadəçilər dünyanın müxtəlif nöqtələrində milyonlarla insanın bir tikə çörəyə həsrət qaldığı dönəmdə “Zara”nın belə nalayiq addım atmasını bütün bəşəriyyətə və dəyərlərə hörmətsizlik kimi qiymətləndiriblər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button