İslam suallarda

Qurani-Kərimin Tövbə surəsi niyə bismillahla başlamır?

Oxucu sual verir

Oxucu sual verir: Qurani-Kərimin Tövbə surəsi niyə bismillahla başlamır?

Qurani-Kərimin 114 surəsinin 113-ü “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi ilə başlayır. Allah-Taala hər bir surənin əvvəlində Öz mərhəmətini elan edir, bununla da bəndələrə ümid verir. Lakin təkcə Tövbə surəsinin (9-cu surə) başlanğıcında “bismillah” ayəsi yoxdur. Bunun səbəbi barədə fərqli nəzəriyyələr vardır. Geniş yayılmış nəzəriyyəyə görə, Tövbə surəsinin ilk ayələri müşriklərə (kafirlərə) qarşı bizarlıq (nifrin) kəlmələri ilə başlayır. Bu ayələrdən əvvəl mərhəmət və rəhməti ifadə edən “bismillah”ın işlənməsi məntiqə və bəlağət qaydalarına ziddir. Ona görə Allah-Taala bu surəni “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi ilə başlamayıb. Bunun səbəbləri barədə digər nəzəriyyələr də mövcuddur ki, onları dini kitablardan oxumaq məsləhətdir. Qeyd edək ki, Quranın başqa bir surəsinin (Nəml surəsi) həm əvvəlində, həm də 30-cu ayəsində “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi işlənir. Beləliklə, Quranda “bismillah”ın ümumi sayı yenə 114-dür.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button