DünyaXəbərlər

Amerikasayağı demokratiya: Nyu-Yorkda gənc müsəlmanlar islamofobiyanın hədəfində

Nyu-Yorkda yaşayan müsəlmanlar atıq gənc yaşlarından təhdid və irqçiliyə tuş gəlirlər.

İSLAM.AZ-ın verdiyi xəbərə görə, belə qənaətə gəlməyə qeyri-kommersiya təşkilatının keçirdiyi sorğu əsas verir.

Müsəlman İctimai Şəbəkəsinin bildiridiyinə əsasən, qaradərili müsəlmanlarının 26, Asiya mənşəli müsəlmanların isə 32 faizi bu ilin ilk yarısında nifrət zəminində cinayətlərlə üzləşiblər və ya bunun şahidi olublar.

İnsidentlər hələ ibtidai məktəbdən müşahidə olunur. Yira adlı qızın söylədiyinə görə, hələ 6 yaşı olarkən digər şagird onu irqi və dininə görə təhdid edib: “O mənə dedi ki, bir gün evimizə gələrək məni yatdığım yerdə öldürəcək”.

Müsəlmanların maraqlarının müdafiəsi proqramının meneceri Acifant Maren isə məsələyə belə münasibət bildirib: “İnsanlar tələbələrin başlarından hicabları dartıb çıxarırlar, bəzilərinə tüpürürlər, çox zaman nalayiq sözlərlə təhqir edirlər, kimisə terrorçu adlandırırlar”

Qeyd olunan hərəkatın liderləri vəziyyətin acınacaqlı olmasına hakimiyyətin diqqətini çəkmək üçün şəhər meriyası qarşısında aksiya keçiriblər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button