İslam suallarda

Əgər bir adam namazın sözlərini yadda saxlaya bilmirsə, öz ana dilində tərcüməsini söyləyərək namaz qıla bilərmi?

Oxucu sual verir

Klassik İslam məzhəblərinin yekdil rəyinə əsasən, namazın sözləri ərəb dilində oxunmalıdır. Bəzi alimlər namazı ana dilində qılmağa icazə versələr də, bunlar azdır və istisna təşkil edir. Əvvəla, namazda ərəb dilində oxunması vacib olan cümlələrin həcmi azdır və normal insanın bunları əzbərləməsi tamamilə mümkündür. (Hətta əgər namazı öz dilində qılsaydı belə, yenə müəyyən bir tərcümə mətnini əzbərləməli olacaqdı). Əgər namaz sözlərini əzbərləməkdə çətinlik çəkirsə, ilkin mərhələdə bəzi köməkçi vasitələrdən istifadə edə bilər. Məsələn, namazın sözlərini kağıza yazıb, bir müddət əlində kağız tutaraq oxumaqla namazını qıla bilər. namazın mətnini iri hərflərlə yazıb qarşısına qoyması və üzündən oxuması da ilk mərhələdə icazəlidir. Yaxud namazın sözlərini fasilə ilə diktofona yazıb, namazdan əvvəl işə salar, hər cümləni dinlədikdən sonra təkrar edər. Bu sözləri onun yanında duran başqa bir adamın söyləməsi və onun təkrar etməsi də mümkündür. Əgər insan bu yolların heç birini bacarmayacaq dərəcədə psixoloji problemə sahibdirsə, onun namaz qılması tələb edilmir, əqli cəhətdən nöqsanlı şəxs olaraq üzürlü sayılır, buna görə də istədiyi şəkildə ibadət edə bilər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button