Dualar

İmam Səccad (ə) çətinlik və bəla zamanı belə dua edərdi…

“İlahi! Mənə bir bəla düçar olmuş ki, onun çətinliyi və ağırlığı məni əldən salmış, elə bir çətinliklər mənə üz vermiş ki, onlara dözmək mənə ağır olmuşdur…

İlahi!..Sənin göndərdiyini geri qaytara bilməz, Sənin açdığın bir şeyi kimsə bağlaya bilməz, Sənin bağladığın bir şeyi kimsə aça bilməz, Sənin çətinləşdirdiyin bir şey kimsə asan edə bilməz, Sənin zəlil etdiyin kimsəyə bir yardımçı olmaz.

Belə isə Muhəmməd və onun soyuna salavat göndər və öz rəhmətinlə, ey mənim Rəbbim, rahatlıq qapısını üzümə aç, öz qüdrətimlə həyat meydanında qəm sultanının hökmünü sındır, istədiyim şeydə məni öz mərhəmətinlə kamala çatdır, istədiyimə icabətin şirinliyini daddır, Öz tərəfindən mənə könül oxşayan bir icabət nəsib et, mənim üçün bəlalardan tezliklə bir nicat qərar ver… Sən düşdüyüm bu bəlanı aradan aparmağa qadirsən, belə isə Öz qüdrətini mənim barəmdə işə sal, hərçənd Sənin tərəfindən buna layiq deyiləm. Ey böyük ərşin Pərvərdigarı!..”

(Səhifeyi-Səccadiyyə, 7-ci duadan)

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button