Aktual

Türkiyədə zəlzələ: ölənlərin sayı 32 minə yaxınlaşır – YENİLƏNİB

14 fevral

Türkiyədə baş verən dəhşətli zəlzələnin qurbanlarının sayının son statistikası açıqlanıb.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qurumdan verilən məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 31 974-ə çatıb.

9 fevral

Türkiyədə dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 16 170-ə yüksəlib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Zəlzələ zamanı yaralananların sayı da artaraq 63 794-ə yüksəlib.

7 fevral

Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay məlumat yayıb.

Onun sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 3419-a çatıb. Yaralıların sayı isə 20 534-ə yüksəlib.

6 fevral

Türkiyənin cənub-şərqində iki zəlzələ baş verib.

Bildirilir ki, onun episentri Kahramanmaraş şəhəri yaxınlığında olub.

ABŞ Geoloji Xidməti zəlzələnin gücünün 7,5 bal gücündə olduğunu bildirir.

Türkiyədə bazar ertəsi səhər saatlarında baş vermiş zəlzələdə ölənlərin sayı 1012, yaralı sayı isə 5383 nəfərə çatıb.

Bu barədə açıqlama verən Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bildirib ki, “axtarış-xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayının nə qədər artacağını proqnozlaşdırmaq olmur”.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button