İslam dünyasıXəbərlər

İran uranın 60 %-ə qədər zənginləşdirilməsinə başlayır

İran çərşənbə günündən etibarən uranın 60 %-ə qədər zənginləşdirilməsinə başlayacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Press TV” İran xarici işlər nazirinin müavini Abbas Ərakçıya istinad edərək məlumat yayıb.

Onun sözlərinə görə, ölkə Nətənz şəhərindəki nüvə obyektində daha 1 000 sentrifuqa quraşdıracaq.

Bundan əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tezliklə Nətənzdə yeni nəsil uran zənginləşdirmə sentrifuqalarının quraşdırılacağını, bunun partlayışı təşkil edənlərin “axmaqlığına” cavab olacağını söyləmişdi.

Ötən həftənin sonunda İran tərəfi Nətənz nüvə obyektində elektrik paylama şəbəkəsində qəza olduğunu bildirmişdi. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi insidenti “nüvə terrorizminin təzahürü” adlandırıb.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button