İslam dünyasıXəbərlər

“Taliban” “Əfqanıstanda sülh prosesi” konfransında iştirak etməyəcək

“Taliban” Türkiyənin təşkilatçılığı ilə İstanbulda keçirilməsi planlaşdırılan “Əfqanıstanda sülh prosesi” konfransında iştirak etməkdən imtina edib.

Bu barədə “Report” “Agence France-Presse”ə istinadən xəbər verir.

“Taliban” səbəb kimi xarici ölkələrin hərbçilərinin Əfqanıstanda mövcudluğunu göstərib.

“Bütün xarici qüvvələr Əfqanıstandan tamamilə çıxarılmayınca, biz Əfqanıstanla bağlı hər hansı konfransda iştirak etməyəcəyik”.

Qeyd edək ki, 24 aprel – 4 may tarixlərində Türkiyənin İstanbul şəhərində “Əfqanıstanda sülh prosesi” konfransının keçirilməsi planlaşdırılır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button