İslam dünyasıXəbərlər
Ruhani: “İran bu gündən uranı 90 faiz zənginləşdirə bilər”
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani hökumətin son 100 gündə hədəflərinin koronavirusu diz çökdürmək və embarqoları qırmaq olduğunu deyib.
İRNA xəbər verir ki, o İran diplomatlarının Vyanadakı embarqoların ləğvi üçün səy göstərdiklərini bildirib.
Ruhaninin sözlərinə görə, Avropa və ABŞ-da İranın uranı 60 faiz zənginləşmədən birbaşa 90 faizə çatdıra biləcəyi və İranın atom silahlarına yolunu açılması ilə bağlı narahatlıqlar düzgün deyil.
O qeyd edib ki, İranın istəsəydi əvvəlcədən də uranı 60 faiz zənginləşdirməsi mümkün idi və bu gün də istəsə onu 90 faiz zənginləşdirə bilər.
Ruhani İranın sözünə sadiq olduğunu və nüvə silahı yaratmağa çalışmadığını vurğulayıb.