Ramazan bayramında nə qədər fitrə zəkatı vermək tövsiyə olunur?
Fitrə zəkatı Ramazan ayının başa çatması münasibətilə ödənilən zəkatdır.
Dini hökmlərə uyğun olaraq Fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən aşağıdakı ərzaq növlərinin birindən adambaşına 3 kq olmaqla hesablanır: buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı.
Bu ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verilə bilər. Fitrə zəkatı maddi vəziyyəti çətin olan adamlara (fəqirlərə) verilməlidir. Hər kəs öz kasıb qohumuna ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır.
Bu il fitrə zəkatının tövsiyə olunan məbləği QMİ tərəfindən adambaşına 10-15 manat göstərilib.
Qeyd edək ki, buna imkanı çatmayan ailələr insanın qidalanması üçün yararlı buğdanın bazar qiymətini əsas götürərək ailədəki adambaşına 3-5 manat arası fitrə verə bilərlər. Lakin maddi imkanları yetərli qədər ailələr daha çox məbləğdə fitrə zəkatı ayıra bilərlər.
Bildirək ki, fitrə zəkatı ailədə olan hər adam üçün, o cümlədən südəmər, yeni doğulan uşaqlar üçün də hesablanır.
Allah verdiyiniz fitrələri qəbul eləsin.