MəqalələrQuran

Qurani Kərimdə təriflənən təqva nədir?

Təqva ərəb dilində “çəkinmək, uzaq durmaq” mənasını verən “vəqayə” kökündəndir. Lüğət alimləri yazırlar ki, vəqayə – bir şeyi, onun üçün zərərli olan təhlükədən qorumaq deməkdir.

Nəhayət, təqvanın üçüncü və ən üstün dərəcəsi budur ki, insan, onu Allahdan yayındıran hər şeyə arxa çevirsin, bütün diqqətini Allaha yönəltsin. Qurani-kərimdə müsəlmanlara məhz təqvanın bu dərəcəsinə yetişmək tövsiyə edilir: “Ey iman gətirənlər! Allaha münasibətdə layiqincə təqvalı olun!” (Ali-Imran, 102).

Təqva sahibləri ayə və hədislərdə “müttəqi” adı ilə tanıtdırılır. Həzrət Əli (ə) müttəqiləri belə xarakterizə edirdi: “Müttəqilə¬rin əməlləri pak, gözləri ağlar, qəlbləri Allahdan qorxandır”.

Qurani-kərimin Bəqərə surəsinin ilk ayələrində təqva sahiblərinin xüsusiyyətləri aşağıdakı şəkildə bəyan edilir: “Bu, (haqdan gəlməsinə) heç bir şəkk-şübhə yeri olmayan, təqvalılara doğru yol göstərən kitabdır. O kəslər ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən (ehtiyaclılara) paylayırlar. O kəslər ki, sənə endirilənə (Qurana) və səndən əvvəl endirilənlərə (digər səmavi kitablara) iman gətirir və axirətə də şəksiz inanırlar. Məhz onlar öz Rəbbləri tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar la onlardır” (Bəqərə, 2-5).

Bir gün Həmmam adlı mömin bir şəxs Həzrət Əli ibn Əbu Talibdən (ə) xahiş etdi ki, təqvalıların xüsusiyyətlərini sanki  görürmüş kimi onun üçün təsvir etsin. Əli (ə) əvvəlcə qısa izahat verməyi kafi bilib belə söylədi: “Ey Həmmam, Allaha münasibətlə təqvalı ol və yaxşı əməllər et: “Həqiqətən, Allah təqvalılarla və yaxşı iş görənlərlədir” (Nəhl, 128)”. Lakin Həmmam bu qısa nəsihətə qane olmayıb  Imam Əlini (ə) and verdi ki, təqvalıları daha artıq vəsf etsin. Bu zaman Həzrət Əli (ə) “Nəhcül-bəlağə” xütbələri sırasında 184-cü yerdə duran məşhur xütbəni söylədi: “Allah onlarda təcəlla edəndə Allahdan savayı hər şey onların gözündə xırdalaşar. Cənnətə elə münasibət bəsləyirlər ki, sanki onu görür və içindəki nemətləri dadırlar. Cəhənnəmə münasibətləri də elədir ki, elə bil alovu görür və içində əzab çəkirlər.

Onların qəlbi hüznlüdür, xalqa pislik etməzlər. Onların bədəni arıqlayıb incəlmişdir, özləri də iffətlidirlər. Bir neçə günlük dünyada səbir edərlər, əvəzində Rəbbin onlardan ötrü hazırladığı əbədi rahatlığı umarlar. Dünya onları özünə tabe etmək istəyər, onlar dünyadan qaçarlar. Dünya onları əsir etmək istəyər, onlar əsarətdən xilas olarlar…

Etdikləri yaxşı əməllərin azlığına qane olmaz, qazandıqları savabın çoxluğu ilə fəxr etməzlər. Həmişə özlərini ittiham edər və günahlarından qorxarlar. Birisi onları tərifləyəndə narahat olub deyərlər: “Mən özümü özgədən daha yaxşı tanıyıram. Allah isə məni özümdən daha yaxşı tanıyır. Ilahi, onların sözlərinə görə məni danlama, məni onların güman etdiklərindən də uca məqama yüksəlt! Camaata məlum  olmayan günahlarımı bağışla!”. Təqvalı şəxsin adamlardan uzaqlaşmasının səbəbi zöhd, yaxınlaşmasının səbəbi mehribanlıq və mərhəmət olar. Insanlardan təkəbbür üzündən kənar qaçmaz, adamlara hiylə və kələk məqsədilə yaxın gəlməz”.

Imamın sözləri  bu yerə çatanda Həmmam ucadan bir ah çəkib canını tapşırdı. Əli (ə) təqvanın şərtlərinin nə qədər ağır olduğunu dərk etmiş və buna layiq olmadığından dəhşətə gəlib ürəyi partlamış Həmmamın cansız bədəninə işarə edərək buyurdu: “Allaha and olsun, mən bunu bildiyim üçün danışmaq istəmirdim. Təsirli nəsihət, onu dərk edən dinləyiciyə bu cür təsir göstərər”.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button