İslam suallarda

Kompüterdə Topaz və sair bu kimi oyunların reklamını hazırlayıb buna görə muzd almaq icazəlidirmi?

Dinimiz halal-haram məsələlərində çox diqqətli və israrlıdır. Haram əməlləri həm etmək, həm də yaymaq, yayılmasına xidmət göstərmək günahdır. Başqa sözlə desək, haramın müqəddimatı da haram və günahdır. Haram olan əməllərlə bağlı olan iş və fəaliyyətlərdən uzaq durmaq lazımdır. Bu yolla qazanılan pul da insana halal sayılmır. Məsələn, dinimizdə şərab (spirtli içki) içmək günah olduğu kimi, şərab hazırlanması üçün üzüm əkmək, becərmək, toplamaq, şərab sexinə daşımaq, şərabın hazırlanması prosesində iştirak etmək, şərabı qablaşdırmaq, mağazaya daşımaq, satmaq, satışını reklam etmək də eyni dərəcədə haramdır. Topaz kimi oyunlar qumar hökmünə aiddir və müsəlmana yaraşmaz ki, qumara hər hansı yolla vasitə olsun. Qumar oyunlarının reklamını hazırlamaq onun yayılmasına yardım etmək deməkdir. Ona görə də bu işi etmək günahdır, bu yolla qazanılan pul da halal ruzi sayılmır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button