İslam suallarda

Kişi qadına talaq veribsə, barışmaq üçün nə etməlidir?

Kişi ilə qadın arasında ər-arvad münasibətlərinin pozulması üçün şətiətə uyğun şəkildə talaq verilməlidir. Talağın düzgün olma şərtləri risalələrdə qeyd edilib. Əgər kişi qadına bir dəfə talaq veribsə, bundan sonra qadın iki dəfə heyz (menstruasiya) olub paklanmalıdır. Buna iddə müddəti deyilir. Üçüncü heyz dövrü başlayanda iddə müddəti bitir. Üçüncü dəfə heyz başlayana kimi istənilən vaxt kişi öz arvadının yanına qayıda bilər. Bunun üçün xüsusi ayin icra etmək, kəbini yenidən oxutmaq, şahid tutmaq lazım deyil. Yetər ki, kişi öz zövcəsinin yanına qayıtmağı niyyət etsin, bunu dilinə gətirsin və ya bunu hər hansı əməllə göstərsin. Bu cür qayıdış iki dəfə təkrar ola bilər. Yəni kişi öz həyat yoldaşına bir dəfə talaq verib, iddə müdəti bitmədən qayıda, sonra yenə şərtlərinə uyğun şəkildə ikinci dəfə talaq verib iddə müddəti boyunca qayıda bilər. İkinci qayıdış zamanı da heç bir əlavə ayin və şərt tələb edilmir. Yalnız üçüncü dəfə talaq veriləndən sonra şərtlər dəyişir. Üçüncü talağın hökmləri şəriət kitablarında ətraflı izah edilib.

Daha çox göstər
Oxşar yazılar
Close
Back to top button