Aktual

Azərbaycanın Vətən müharibəsi şəhidlərinin fotoları Ərbəin yürüşündə

Azərbaycanın Vətən müharibəsi şəhidlərinin fotoları bu il Ərbəin yürüşü keçirilən əsas yol boyunca Kərbəla şəhərinin yaxınlığında asılıb.
İslam.az xəbər verir ki, sözügedən aksiya Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsini İslam dünyasının ən əzəmətli tədbirlərinin biri zamanı yad edilməsi məqsədi ilə İraqda təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə həyata keçirilib.
Qeyd edək ki, İraq KİV-inin məlumatına əsasən bu il Ərbəin yürüşündə 22 milyon zəvvar iştirak edib.
Xatırladaq ki, Ərbəin – Məhəmməd (s) peyğəmbərin əziz nəvəsi imam Hüseyn (ə) və tərəfdarlarının Kərbəla çölündə şəhid edilməsinin 40-cı günü münasibəti ilə keçirilən tədbirdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button